Suriya böhranının hərbi həll yolu yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257679-suriya_böhranının_hərbi_həll_yolu_yoxdur
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ikigünlük Suriya sülh müzakirələri bir bəyanat yayaraq, öz işini başa vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2017 11:24 Asia/Baku
  • Suriya böhranının hərbi həll yolu yoxdur
    Suriya böhranının hərbi həll yolu yoxdur

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ikigünlük Suriya sülh müzakirələri bir bəyanat yayaraq, öz işini başa vurub.

Qazaxıstan xarici işlər nazirinin qiraət etdiyi yekun bəyanatında vurğulanıb: Suriya böhranının hərbi həll yolu yoxdur və Suriyanın ərazi bütövlüyü hər bir halda qorunmalıdır. Suriya dövlətilə silahlı müxaliflər arasında müzakirələr İsveçrənin Cenevrə şəhərində davam etdiriləcək.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib: Suriyanın yeni əsas qanununun ilkin mətninin hazırlanması suriyalı müxaliflərə bir təklifdir. Astana danışıqları Hələb və İdlib ətrafında silahlı qruplar arasında qarşıdurma və ixtilafların yaranmasına bais olubdur. Astanada siyasi müzakirələrlə bir vaxtda Dəməşq ətrafında silahlı qüvvələrdən 2600 nəfər öz silahını orduya təhvil veribdir.

Caberi Ənsari: Bəlkə də bu iclasın ən mühüm nailiyyəti, Suriyada bərqərar olunmuş atəşkəsin təsbitidir. Bu atəşkəsin təsbit olunması üçün İran, Rusiya və Türkiyənin nümayəndələri tərəfindən üçtərəfli mexnizm yaradıldı.

Astana iclasının hədəflərinin reallaşması

İran, Rusiya və Türkiyənin nəzarətilə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ikigünlük Suriya sülh müzakirələri ən mühüm hədəfə, yəni atəşkəsin təsbitinə nail oldu.

Bəşşar Cəfəri- Suriya heyətinin sədri: Biz maneələrin aradan qaldırılması üçün əlimizdən gələni etdik. Ən mühüm hədəfə, yəni atəşkəsin konkret bir müddət üzrə təsbitinə nail olduq. Məhz bu məsələ suriyalılar arasında siyasi dialoqa zəmin yaradıbdır.

Suriya dövlətinin nümayəndələrinin kənarında on beş silahlı qrupun nümayəndələri Astana iclasında iştirak etdilər. Onlar üzərlərinə öhdəlik götürdülər ki, özlərini İŞİD və Cibhətunnusrə terror qruplarından uzaq saxlasınlar.

İran, Rusiya və Türkiyə atəşkəsə nəzarət edəcəklər.

Aleksandr Lavrentyev- Rusiya heyətinin sədri:

Suriyada atəşkəsə nəzarət üzrə yeni mexanizmdə mövcud olan mühüm məsələ budur ki, İran və Rusiya ekspertlərinə mühüm rol tapşırııbdır. Və İranın köməyi olduqca mühümdür.

Suriyada atəşkəsin təsbitinin önəmindən əlavə, bəlkə də müxaliflərin və onların himayədarlarının Astana iclasında gəldikləri nəticələr daha artıq əhəmiyyət kəsb etmiş olsun.

Bu nəticələrdən birincisi, Suriyada terror qruplarının himayədarlarının təcrid olunmaları. İkincisi isə, silahlı qrupların belə bir cəhəti etiraf etmələridir ki, Suriya dövlətinin devrilməsi üzrə altı illik cəhd nəticəsiz qaldı və onlar Suriyanın rəsmi dövlətini qəbul etməklə yanaşı olan bir mexanizmi qəbul etməlidirlər.

Bu nəticələr Cenevrədə keçiriləcək gələcək siyasi danışıqların yolunu daha məntiqi formada açır.

Stefan De Mistura, BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi: Bu gün baş verən məsələ, sırf olaraq, bir bəyanatın yayılması deyildi. Bu, əsl reallıq idi. Zaman qrafikası aydınlaşacaq. Əməliyyat sistemləri hazırlanacaq. Astana dostluq atmosferi muvəffəqiyyəti gücləndirir.