Mosulun qərbində İŞİD-in mövqelərinə qarşı artilleriya hücumları başlanıb
İraqın silahlı qüvvələri Mosulun qərbində İŞİD-in mövqelərinə qarşı artilleriya hücumlarına başlayıblar. Mosulun şərq hissəsi bir neçə aydan sonra tam şəkildə azad edildi və hazırda növbə, bu şəhərin qərb hissəsinindir. Orada çətin döyüşlər proqrnoz edilir.
Dəclə çayı Mosulu şər və qərb hissələrinə ayırıbdır. İraqın baş naziri də Mosulun şərqinin tam şəkildə azad edildiyini rəsmən elan edərək, onu İraq xalqı üçün bir hədiyyə adlandırıb.
İŞİD-in ağır kölgəsinin Mosul əhalisinin üzərindən götürüldüyü indiki zamanda uşaqların söylədikləri bu sözlər bəlkə də ən gözəl sözlər olmuş olsun: İŞİD-in və onun əlbirlərinin əlindən xilas olduq.
Mosullu uşaqlar daha İŞİD məktəblərinə getmədiklərinə sevinirlər. Ələysər bölməsinin azad edilməsilə uşaqlar kobudluq simvolu olan dərs kitablarını iki il işğaldan sonra cırmaq imkanı tapdılar. Mosul məktəblərindən birinə getdik. Təkfir iyi gələn bəzi kitablar tapdıq.
Uşaq: Mina üstəgəl mina, güllə üstəgəl güllə və öyrədirlər ki, İŞİD-in müxaliflərini necə öldürək.
İŞİD-in hər bir dərs kitabına nəzər salsaq, qətl məzmunlu zorakılıq əlavəsinə malik olduğunu görərik.
İraqlı zabit: Bu sandıqçdada 23 tüfəng var. Əgər sandıqçaya beş tüfəng də atsaq, neçə tüfəngimiz olar? İŞİD-çilər qırğını yaymaqla uşaqların zehinlərini dəyişirlər.
İŞİD terrorçuları nəinki uşaqların zehinlərini dəyişmək niyyətindədirlər, həm də onların müəllimlərini hərbi qüvvələrlə savaş üzrə səngərə çevirirlər.
Bura İŞİD terrorçularının səngərlərindən biri olubdur ki, İraqın təhlükəsizlik və hərbi qüvvələrinin gəlmələrilə azad edildi.