Sionist rejim fələstinliləri öz yurdlarından çıxarır
Sionist rejim hərbçiləri sionistlər üçün yeni üç min yaşayış massivinin inşa edilməsi çərçivəsində İordan çayının qərb sahilindəki bölgələrdə fələstinlilərin mənzillərini boşaldıblar.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri çərşənbə günü İsrail Ali Məhkəməsinin qərarı ilə İordan çayının qərb sahilində bəzi bölgələrə basqın edib və bu bölgələrin sakinlərini öz mənzillərini tərk etməyə məcbur ediblər.
Sionist rejim Ali Məhkəməsinin məmurları İordan çayının qərb sahilində bölgələrin təxliyə edilməsi üzrə verilən qərar ardınca iddia ediblər ki, fələstinlilər qeyri-qanuni şəkildə bu ərazilərdə yaşayırlar və dərhal bu əraziləri tərk etməlidirlər.
Sionist rejimin baş naziri Benyamin Netanyahu və müharibə naziri Aviqdor Liberman çərşənbə axşamı İordan çayının qərb sahilində yerləşən qəsəbələrdə sionistlər üçün yeni üç min yaşayış massivinin inşa edilməsi layihəsini təsdiqləyiblər.
Sionist rejimin təhlükəsizlik nazirinin müavini və Knessetin üzvlərindən İli Bendahan bildirib: İsrail İordan çayının qərb sahilində sionist qəsəbələrdə on minlərlə yaşayış massivi inşa edəcək.
İsrailin məskunlaşdırma siyasətində israrlı qalması ilə yanaşı qeyd edək ki, BMT Təhlükəsizlik Şurası son vaxtlar bir qətnamə ilə sionist rejimdən məskunlaşdırmaya son qoymasını istəyib.