Sionist rejimin Livana qarşı təcavüzləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259075-sionist_rejimin_livana_qarşı_təcavüzləri_davam_edir
Sionistlər Livanın cənub ərazilərinə təcəvüzkar hücumda bir su bəndini məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2017 07:16 Asia/Baku
  • Sionist rejimin Livana qarşı təcavüzləri davam edir
    Sionist rejimin Livana qarşı təcavüzləri davam edir

Sionistlər Livanın cənub ərazilərinə təcəvüzkar hücumda bir su bəndini məhv ediblər.

Lian mənbələri bildiriblər ki, sionist rejimin iki ədəd buldozeri , bir neçə yolsalma texnikası dünən gecə Livanın Suriya ilə həmsərhəd ərazilərində yerləşən Əlvəzani çayının üstündə qurulmuş torpaq bəndini məhv ediblər. 

Sionist rejimin bu hərəkətinin ardınca Livan ordusu və Lianın cənubunda yerləşən  beynəlxalq qüvvələr hər hansı qəfil hadisəyə qarşı hazırlıq vəziyyətinə gətirilib. 

2006-cı ildə İsrailin Livana qarşı təcavüzundan sonra BMT -nin qəbul etdiyi 1701 saylı qətnaməsi, bu rejimi Livana qarşı hər hansı düşmən hərəkətdən çəkindirir amma bu rejim beynəlxalq qətnamələrə etinasız yanaşaraq təxminən hər gün Livana qarşı hava-quru və dənizdən təcavüzkar hərəkətlərə keçir.