İraq Hizbullahının Bəsrə vilayətindəki komandanı terror edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259293-İraq_hizbullahının_bəsrə_vilayətindəki_komandanı_terror_edilib
Naməlum silahlı şəxslər İraq Hizbullahının Bəsrə vilayətindəki komandanını terror ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2017 14:41 Asia/Baku
  • İraq Hizbullahının Bəsrə vilayətindəki komandanı terror edilib
    İraq Hizbullahının Bəsrə vilayətindəki komandanı terror edilib

Naməlum silahlı şəxslər İraq Hizbullahının Bəsrə vilayətindəki komandanını terror ediblər.

IRNA-nın Əlsuməriyyə Nyus-a istinadlı məlumatına görə, İraqın Bəsrə vilayətindəki bir təhlükəsizlik mənbəyi bildirib ki, naməlum şəxslər Bəsrənin mərkəzindəki "Əlhəşin" məhəlləsindən keçməkdə olan İraq Hizbullahının komandanı Basim Əlsafinə və onu müşayiət edən şəxslərə hücum ediblər. Bu da bu iraqlı komandanın ölümü və onu müşayiət edən şəxslərin yaralanması ilə nəticələnib.

Bu məlumata görə, Bəsrə vilayətinin təhlükəsizlik qüvvələri bu barədə təhqiqata başlayıblar.

Bəsrə vilayəti İraqın nisbi təhlükəsizliyə malik olan məntəqələrindəndir, amma ötən aylarda şəxslərin oğurlanması, terror və oğurluq hədəfli silahlı hücumların şahididir və təhlükəsizlik qüvvələri indiyədək əksər cinayətkarları həbs ediblər.

Həmçinin İraq Ali İslam Məclisinin tabeliyində olan "Mehrab şəhidi" müəssisəsi ofisinin məsul şəxsi Ramazan Əlmusəvi və onun müavini Ədnan Əlmusəvi Misan vilayətinin mərkəzi olan Əlimarə şəhərində naməlum bir qrup tərəfindən atəşə tutulub, amma bu hücumdan salamat qurtarıblar.