İƏT İsrailin azana qadağa tətbiq etməsini qınadı
-
İƏT İsrailin azana qadağa tətbiq etməsini qınadı
İslam Əməkdaşlıq Təşkilatı İsrail Knessetinin(Parlamentinin) Qüds şəhərində səs gücləndiricilərindən istifadə edərək, azanın verilməsinə qadağa tətbiq etməsini qınayaraq, bunu dini etiqad azadlığı ilə bağlı beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb.
Əl-Yəum Əl-Sabi informasiya portalının verdiyi məlumata görə, İƏT-in baş katibi Yusif bin Əhməd Əl-Əsiməyn deyib: Bu kimi ikili rəftarlar və irqçi davranışlar, Fələstin xalqına təcavüzlərin edilməsi və müqəddəs məkanlara qarşı zorakılıq halları qəbul edilməzdir.
O, həmçinin İsrail rejiminin təcavüzkarlıq hərəkətlərinin ifratçılığa və dini toquuşmalara zəmin yaratdığını deyərək, xəbərdarlıq edib.
Əl-Əsiməyn dünya ictimaiyyətindən istəyib ki, İsraili beynəlxalq qanunlara əməl etməyə məcbur etsin.