Fev 19, 2017 18:34 Asia/Baku
  • Mosulun şərqində iki partlayış törədilib

İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosulun şərq bölgəsində iki terror aktı törədilib. Nəticədə 26 nəfər həlak olub və yaralanıb.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, bazar günü Yunis Nəbi və əl-Zəhur bölgələrində baş verən bu aktlarda 9 nəfər həlak olub, 17 nəfər də yaralanıb.

Azad edilmiş Mosulun şərqində terror aktı bu şəhərin qərb hissəsinin azad edilməsi əməliyyatının başlanması ilə eyni vaxtda baş verib.

İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə Mosul şəhərinin qərb hissəsinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsinə başlanıb.

2016-cı il oktyabr ayından hərbi və xalq səfərbər qüvvələri Mosulun İŞİD terror qruplaşmasının işğalından azad edilməsi əməliyyatına başlayıblar və şəhərin şər hissəsini azad etməklə diqqəti cəlb edəcək irəliləyişlər əldə ediblər.

Neynəva vilayəti və Mosul şəhərinin azad edilməsi əməliyyatından öncə İraq ordusu və xalq səfərbər qüvvələri qərbdə əl-Anbar vilayətində strateji bölgələri İŞİD terrorçularının işğalından azad etmişdilər.

İŞİD terror qruplaşması 2014-cü ilin iyun ayında İraqın bəzi bölgələrini işğal edərək bu ölkədə de-stabilliyə səbəb olmuşdur.

Teqlər