Şeyx Nəim Qasım: İranın prioriteti Fələstin məsələsinin izlənilməsidir
Livan Hizbullahı baş katibinin müavini Fələstin məsələsinin izlənilməsini İran İslam Respublikasının əsas prioritetlərindən adlandırıb və deyib: İranın "Fələstin İntifazəsini Himayə" konfransına ehtiyaclı olduğunu və ondan öz maraqları istiqamətində faydalanmağa çalışdığını iddia edənlər səhvə yol verirlər.
Şeyx Nəim Qasım çərşənbə günü Əl-Məyadin informasiya kanalı ilə müsahibədə deyib: İran Fələstin və Livan müqavimətini habelə, Suriyanın haqlarını müdafiə edir. Amma, Ərəbistan Əl-Qaidə və İŞİD-i müdafiə edir.
Şeyx Nəim Qasım əlavə edib: Amerika-Ərəbistan-İsrail koalisiyası bu gün Qəzzə, Livan, Yəmən və Bəhreyndə cərəyan edən fitnə odunun arxasında duran tərəfdir.
Livan Hizbullahı baş katibinin müavini Hizbullahın Fələstinli qruplar ilə, onlar arasında heç bir fərq qoymadan, əməkdaşlıq etdiyini bildirib və deyib: Fələstin öz qeyrətli övladlarının əli ilə azad ediləcək.
Şeyx Nəim Qasım daha sonra Hizbullahın artan gücünə və İsrail ilə üzləşməyə hazır olmasına işarə edib və deyib: 33 günlük müharibədən sonra bizim qüdrətimiz xeyli artıb.
O, Hizbullah qüvvələrinin Suriyadakı iştirakı barədə də deyib:Hizbullah terrorçuların məhv edilməsi və Suriyanın bu ölkə xalqının nəzarəti altında qayıdacağı zamana kimi Suriyada qalacaq.
6-cı beynəlxalq Fələstin İntifazəsini Himayə konfransı İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı ilə cümə axşamı Tehranda işə başladı və cümə günü yekun bəyanat qəbul edərək, öz işini başa vurdu. Konfransda 80 ölkədən iştirakçı var idi.