İsrail rejimi Suriyada terrorçu qruplaşmalar ilə ahəngdarlığın yaradılması faktını etiraf etdi
İsrailin müharibə naziri ilk dəfə olaraq bu rejim ilə Suriyada xalq və hökumət əleyhinə savaşan terrorçu qruplaşmalar arasında ahəngdarlığın olduğunu etiraf etdi.
Sputnik informasiya agentliyi çərşənbə günü bildirib: Moşe Yəlun İsrailin işğal altında olan Cövlan yüksəkliklərində suriyalı silahlı qruplaşmalar ilə əlaqəyə malik olduğunu etiraf edib.
Bu məlumata görə, İsrailin müharibə nazirinin bu açıqlaması İsrail başçılarının Suriyada terrorçular ilə əməkdaşlıq üzrə ilk rəsmi etirafı sayılır.
Suriya 5 il öncə İŞİD və Ənnüsrə Cəbhəsi kimi terrorçu qruplaşmaların Qərb və bəzi region ölkələrinin dəstəyi ilə bu ölkəyə hücum çəkməsinin ardınca təhlükəsizlik böhranı ilə üzləşib.
İsrail rejimi Ərəbistan ilə birlikdə Suriyada terrorçuları himayə edərək, bu ölkəni müharibəyə sürükləyiblər.