Sionist rejim casusları Suriyaya daxil olublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260980-sionist_rejim_casusları_suriyaya_daxil_olublar
Sionist rejimin xüsusi təyinatlı qüvvələri casusluq və məlumatlar əldə etmək məqsədilə Suriya ərazisinə daxil olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2017 11:21 Asia/Baku
  • Sionist rejim casusları Suriyaya daxil olublar

Sionist rejimin xüsusi təyinatlı qüvvələri casusluq və məlumatlar əldə etmək məqsədilə Suriya ərazisinə daxil olublar.

ISNA-nın məlumatına görə, sionist rejimin ikinci telekanalı dünən bir təsvirli reportajda ifşa edib ki, bu rejim ordusunun yerli kəşfiyyat qüvvələrinin tabeliyində olan xüsusi təyinatlı "Kərkəs" bölməsi 1948-ci ildə işğal olunmuş əraizlərin şimalından Suriya sərhədlərinə daxil olub.

Bu sionist telekanal bildirib ki, sionist rejim ordusunun xüsusi təyinatlı qüvvələri Suriyada ordu və müxalif qrupların hərəkətlərini izləmək və danışıqları dinləmək üçün dinləmə və casusluq təchizatlarından istifadə edirlər.

Bundan öncə sionist rejimin müharibə naziri ilk dəfə olaraq bu rejimin Suriyanın dövləti və xalqına qarşı vuruşan terror qrupları ilə koordinasiyasını etiraf etmişdi.

Livan ordusunun komandanlığı da bundan qabaq bildirmişdi ki, bu ölkənin ordu qüvvələri Livanın Qərbi Bəqa çölündə yerləşən Əlbaruk və Əyn Zəhlita qəsəbələri arasındakı Əlbaruk yüksəkliklərində quraşdırılmış sionist rejimə aid bir dinləmə aparatını aşkarlayaraq, zərərsizləşdiriblər.