Sionist rejimin Hizbullah və Həmas başçılarının terror edilmələri üzrə yeni metodu
-
Sionist rejimin Hizbullah və Həmas başçılarının terror edilmələri üzrə yeni metodu
Sionist rejimin regional həmkarlıq nazirinin müavini Hizbullah və Həmas başçılarını yeni üsullarla terror etməklə təhdid edib.
Fələstinin Əlyəum veb-saytının məlumatına görə, sionist rejimin regional həmkarlıq nazirinin müavini Əyyub Əlqəra bu gün deyib ki, İsrail rejimi bir robot düzəltməkdədir ki, ondan istifadə ilə Livan Hizbullahının və fələstinli qrupların başçılarını terror etmiş olsun.
Bu sionist rejim başçısı həmin rejimin Qəzzə zolağında fələstinli qüvvələrlə döyüşdəki məğlubiyyətinə toxunaraq, deyib: İcazə vermək olmaz ki, Qəzzə və Livana qarşı öncəki savaşlarda sionist hərbçilər üçün baş vermiş hadisələr bir daha təkrar edilmiş olsun.
Belə bir halda, sionist Məariyo qəzeti son zamanlar bir reportajda sionist rejimin Livan Hizbullahının və fələstinli qrupların başçılarına qarşı terror siyasətini faydasız adlandırıb və belə yazıb: Bu siyasət iftixarlı deyil və fələstinlilərin sionist rejimə qarşı əməliyyatının qarşısının alınmasına səbəb olmayacaq.
Sionist rejimin müharibə naziri Aviqdor Liberman bu rejimin nazirlər kabinetindən istəyibdir ki, Qəzzə zolağında Fələstin müqaviməti rəhbərlərinin fiziki terror edilmələri siyasəti bərpa edilsin.
Sionist rejim ötən otuz il ərzində azı on altı fələstinli və ərəb başçısını dünyanın müxtəlif nöqtələrində terror edibdir.