Sionist rejimin İslam Dünyasında təbliğat planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262524-sionist_rejimin_İslam_dünyasında_təbliğat_planı
Sionist rejimin xarici işlər nazirliyi bir şübhəli təbliğat planında ərəb jurnalistlərini işğal olunmuş ərazilərdən baxış keçirməyə dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2017 18:17 Asia/Baku
  • Sionist rejimin İslam Dünyasında təbliğat planı
    Sionist rejimin İslam Dünyasında təbliğat planı

Sionist rejimin xarici işlər nazirliyi bir şübhəli təbliğat planında ərəb jurnalistlərini işğal olunmuş ərazilərdən baxış keçirməyə dəvət edib.

Londonda çıxan Rəy Əlyəum qəzetinin yazdığına görə, Təl-Əvivin məsul şəxslərindən biri Mərakeş, Tunis və Əlcəzairdən olan bir qrup jurnalistin işğal olunmuş ərazilərə səfərindən xəbər verib.

Bu məlumata görə, sionist rejimin tabeliyində olan informasiya vasitələri dünyanın ümumi fikrində sionist rejim barədə mövcud olan fikirlərin əksinə olaraq bu qəsbkar rejimi sülhün himayədarı kimi göstərmək üçün ərəb ölkələrindən olan ziyalıları işğal olunmuş ərazilərdən baxış keçirməyə cəzb etmək istiqamətində dəridən-qabıqdan çıxırlar.