İsrail Knessetinin üzvləri Netanyahunun baş nazirlikdən getməsini istəyirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i263770-İsrail_knessetinin_üzvləri_netanyahunun_baş_nazirlikdən_getməsini_istəyirlər
İsrail Knessetinin onlarla üzvü baş nazir Benyamin Netanyahunun kənarlaşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2017 05:55 Asia/Baku
  • İsrail Knessetinin üzvləri Netanyahunun baş nazirlikdən getməsini istəyirlər

İsrail Knessetinin onlarla üzvü baş nazir Benyamin Netanyahunun kənarlaşdırılmasını istəyib.

PNN telekanalının verdiyi məlumata görə, İsrail Knessetində müxalifət fraksiyasının başçısı İshaq Hersoq baş nazir Benyamin Netanyahunun siyasətlərinə qarşı tənqidlərinin davamında 61 Knesset üzvünün Netanyahunun baş nazirlik vəzifəsindən kənarlaşdırılmasını istədiyini deyib. 

İsrailin keçmiş baş naziri İhud Barak da bundan öncə Netanyahunun siyasətlərini tənqid edərək, ifratçı sağçı ünsürlərin Likud partiyasını ələ keçirdiklərini və İsraili beynəlxalq arenada təcridə sürüklədiklərini demişdi. 

İsrailin sabiq müharibə naziri Əmir Perts də Netanyahunu İsrailin hazırkı problemlərinin əsas səbəbkarı adlandırıb və deyib: Netanyahu çıxış yolu deyil və növbəti seçkilərdə onu əvəz edəcək şəxsi müəyyən etmək lazımdır. 

İsrailin baş naziri Benyamin Netanyahunun siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı siyasətlərinə qarşı tənqidlər sionistlər arasında ixtilafların dərinləşməsinə səbəb olub.