Mart 29, 2017 10:50 Asia/Baku
  • HƏMAS ərəb ölkələrinin rəhbərlərinə müraciət edib
    HƏMAS ərəb ölkələrinin rəhbərlərinə müraciət edib

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü ərəb ölkələrinin rəhbərlərindən Ərəb Liqasının 28-ci sammit iclasında Qüdsü və Məscidül-Əqsanı himayəni birinci gündəmə gətirmələrini istəyib.

Ərəb Liqasının 28-ci sammitinin ilkin iclası bazar ertəsi günü xarici işlər nazirləri səviyyəsində İordaniyada keçirildi və bu iclasın ərəb rəhbərlərinin iştirakı ilə bu gün davam edəcəyi gözlənilir. 

İntifazə xəbər portalının verdiyi məlumata görə, HƏMAS-ın sözçüsü Hazim Qasım deyib: Qüds və Məscidül-Əqsa ərəblərin izzət rəmzidir və Fələstinin işğalına son qoyulması ərəblərin birliyinin ən əsas amili ola bilər. 

Hazim Qasım öncə də sionist rejimin müharibə naziri Aviqdor Libermanın HƏMAS-ın siyasi bürosunun sədr müavini İsmayıl Hənyənin terror edilməsinə dair hədə-qorxularına reaksiyada demişdi ki, bu rejimin məqsədi müqavimət rəhbərlərini qorxutmaqdan ibarətdir. 

Ötən cümə günü 2011-ci ildə əsirlərin mübadiləsi əməliyyatı çərçivəsində azadlığa buraxılmış HƏMAS-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından olan Mazən Fəqha Qəzzə şəhərinin cənubunda sionist rejim hərbçiləri tərəfindən güllələnərək şəhid edildi. 

Teqlər