Mart 29, 2017 12:43 Asia/Baku
  • Ali-Səud və İordaniya qabaqdan gəlmişlik edirlər
    Ali-Səud və İordaniya qabaqdan gəlmişlik edirlər

Səudiyyə Ərəbistanı və İordaniya kralları müştərək bəyanat yayaraq İrana qarşı əsassız ittihamlarını təkrarlayıblar və Tehranı region ölkələrinin işlərinə qarışmaqda və terrorizmə dəstək verməkdə ittihiam ediblər.

İRİB-in verdiyi məlumata görə, Səudiyyə rejimi ilə İordaniyanın müştərək bəyanatı, Səudiyyə kralı Salman Bin Əbdül-Əziz ilə İordan kralı ikinci Abdullahın Əmmanda keçirilən Ərəb Liqasının sammit iclasının kənarındakı görüşündə verilib. 

Səudiyyə və İordaniya başçıları Suriya və İordaniya böhranının siyasi həllinə dəstək verdiklərini də iddia ediblər. 

Səudiyyə başçılarının İrana qarşı iddialarının son günlərdə təkrarlanması elə bir şəraitdədir ki, İİR XİN sözçüsü Bəhram Qasimi dünən bildirmişdi ki, regionda terrorizmin kökü, Səudiyyə Ərəbistanında yetişdirilən ifratçı düşüncələrdir və bu gün həmin düşüncələr terrorçu-təkfirçi qruplar formasında region və dünya xalqlarının başına bəla olub. 

Səudiyyə Ərəbistanı Suriyada terrorçu qruplara maliyyə dəstəyi verməklə və terrorizm ilə mübarizə bəhanəsi ilə Yəmən xalqının başına bomba yağdırmaqla bu iki ölkədə on minlərlə insanın ölümünə səbəb olub. 

Eyni zamanda bəzi Ərəb ölkələri o cümlədən İordaniyanın təhlükəsizlik agentlikləri Səudiyyə Ərəbistanının terrorçu siyasətlərinin bu ölkələrin təhlükəsizliyi üçün ciddi təhdid olduğuna dair xəbərdarlıq edirlər. 

Teqlər