Sionist rejim Suriyadakı kimyəvi hücumun əsas amilidir
-
Sionist rejim Suriyadakı kimyəvi hücumun əsas amilidir
Fransada bir anti-sionist partiya bildirib ki, sionist rejim Suriyanın İdlib vilayətindəki kimyəvi hücumun əsas amilidir.
Fransada bir anti-sionist partiya öz saytında yazıb: Sionist rejim Suriyanın İdlib vilayətinin Xan Şiyxun məntəqəsindəki kimyəvi hücumda əsas rol oynayıb.
Bu partiyanın bildirdiyinə görə, Suriyadakı kimyəvi hücum, xüsusən regionda müqavimət mehvərinin ardıcıl qələbələrindən sonra İsrail rejiminin təhlükəsizliyinin qorunması və Yaxın Şərqi daha da səbatsız etmək məqsədilə uzunmüddətli və koordinasiya edilmiş bir plandır.
Bu partiya habelə ABŞ-ın Suriya əleyhinə raket hücumunu pisləyərək, vurğulayıb: Belə bir hərəkət beynəlxalq qanunlarda, qeyri-düzgün və puç bəhanələrlə müstəqil bir ölkənin hakmiyyətinə qarşı aşkar təcavüz deməkdir.
Anti-sionist partiya sonra belə qeyd edib: Suriyada hərbi müdaxilə və savaş istəyən ölkələr sionist rejimin və sionizmin maraqları istiqamətində fəaliyyət göstərirlər.
Anti-sionist partiya 2009-cu ildə Fransanın şimalındakı Qrand-Sent(Grande- Synthe) məntəqəsində şiə müsəlmanların təşkilatı olan Əlzəhra mərkəzinin bir qolu kimi Yəhya Qəvasimi tərəfindən təsis olunub.
Amerika ötən çərşənbə axşamı günü Suriyanın İdlib vilayətinə qarşı şübhəli kimyəvi hücum bəhanəsilə cümə günü səhər tezdən Aralıq dənizində yerləşən iki hərbi gəmisindən Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına 59 raket atıbdır. Nəticədə dörd uşaq daxil olmaqla doqquz sivil həlak olub, yeddi nəfər də yaralanıbdır.