"Admiral Qriqoryeviç" kreyseri Rusiyanın Aralıq dənizindəki hərbi bölməsinə qoşulub
-
"Admiral Qriqoryeviç" kreyseri Rusiyanın Aralıq dənizindəki hərbi bölməsinə qoşulub
Rusiyanın Qara dəniz donanmasının tabeliyində olan qanadlı raketlərlə təchiz olunmuş "Admiral Qriqoryeviç" kreyseri bu ölkənin Aralıq dənizindəki hərbi bölməsinə qoşulub.
IRNA-nın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi bu gün bildirib ki, "Admiral Qriqoryeviç" kreyseri indiyədək Rusiyanın Suriyada terrorçulara qarşı hücumlarında atılmış "Kalibr-NK" tipli qanadlı raketlərlə təchiz olunub.
"Admiral Qriqoryeviç" kreyseri həmçinin qüdrətli Ştil-1 raket sistemləri, A-190 topları və dəniz pulemyotları ilə təchiz edilib.
Suriyanın siyasi-hərbi müttəfiqi olan Rusiya Aralıq dənizində təqribən on kreyser və freqatdan ibarət bir dəniz bölməsinə malikdir ki, bu ölkədəki Tərtus dəniz bazasından himayə olunur.
"Admiral Qriqoryeviç" kreyseri Tərtus limanına doğru hərəkət etməzdən öncə Aralıq dənizində Türkiyə dəniz qüvvələrilə birgə manevrdə iştirak etmişdi.