Sionist rejim hərbçiləri məscidləri dağıtmaqda davam edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i265630-sionist_rejim_hərbçiləri_məscidləri_dağıtmaqda_davam_edirlər
Sionist rejim işğal olunmuş Beytül-Müqəddəsin şərqində Səlvan məhəlləsində yerləşən Abdullah Əssənavi məscidinin dağıdılmasına göstəriş verərək bu binanın tikinti icazəsinin olmadığını iddia ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2017 09:25 Asia/Baku
  • Sionist rejim hərbçiləri məscidləri dağıtmaqda davam edirlər
    Sionist rejim hərbçiləri məscidləri dağıtmaqda davam edirlər

Sionist rejim işğal olunmuş Beytül-Müqəddəsin şərqində Səlvan məhəlləsində yerləşən Abdullah Əssənavi məscidinin dağıdılmasına göstəriş verərək bu binanın tikinti icazəsinin olmadığını iddia ediblər.

PressTv-nin verdiyi məlumata görə, Səlvanı müdafiə komitəsinin üzvü Fəxri Əbu Dəyab isə deyib: Əssənavi məscidi bir neçə il öncə vəqf edilmiş ərazidə minlərlə sakinin maliyyə  yardımları hesabına inşa edilib. 

Səlvanı müdafiə komitəsinin üzvü deyib: Abdulla Əssənavi məscidi  bu ərazidə dağılmaq təhlükəsi ilə üz-üzə duran fələstinlilərin 6 məscidi sırasındadır. 

2016-cı il dekabrın sonlarında Birləşmiş Millətlər Təşkilatının himanitar yardımlar üzrə koordinasiya bürosu bildirmişdi ki, İsrail rejiminin İordan çayının qərb sahili və Beytül-Müqəddəsin şərqində fələstinlilərə aid olan tikililərə qarşı dağıtmaq siyasəti son 7 il ərzində misli görünməmiş həddə çatıb. 

Sionist rejim parlamenti 2017-ci il 5 apreldə işğal olunmuş ərazilərdə qeyri-qanuni tikililər adlandırdığı bir layihəni qəbul etdi. Bu layihə beynəlxalq hüquq müdafiəçiləri və təşkilatlarının etirazlarına səbəb olmuşdur.