Apr 15, 2017 14:42 Asia/Baku
  • Məzaya və Zubdani terrorçularını daşıyan avtobuslar Hələbə daxil olub

Suriyanın Dəməşq şəhəri ətrafındakı Məzaya və Zubdani şəhərlərinin terrorçularını daşıyan avtobuslar İdlibin şimal ətrafındakı Fuə və Kəfəriyya qəsəbələrinin sakinlərilə dəyişdirilmək üçün Ramusə məntəqəsinə daxil olublar.

IRNA-nın məlumatına görə, həmçinin İdlibin şimal ətrafındakı Fuə və Kəfəriyya qəsəbələrinin beş min sakini iki il mühasirədən sonra cümə günü 75 avtobu və 20 təcili yardım maşını ilə Hələb vilayətinə daxil olub. Bu şəxslər dünən səhər tezdən Fuə və Kəfəriyyadan çıxıblar.

Silahlı qüvvələrlə müqavimət qüvvələri arasında əldə olunmuş razılığa əsasən, çərşənbə günü şilahlı şəxslərə və onların ailələrinə şamil olan 1800 nəfər Bəqəyn, Bəludan, Məzaya və Zubdani şəhərlərindən Hələb vilayətinə doğru çıxıbdır. 

Fuə və Kəfəriyya sakinlərindən səkkiz min nəfər də Hələbə doğru hərəkət edir. 

Şiə sakinli Fuə və Kəfəriyya qəsəbələri sakinlərindən minlərlə nəfərin bu qəsəbələrdən çıxması Qətərin vasitəçiliyi ilə Livanın Hizbullah təşkilatı ilə Ceyşulfəth terror koalisiyası arasında əldə olunmuş razılığın nəticəsidir.

Aprelin 11-də bu razılığın ilk mərhələsində 19 terrorçu Fuə və Kəfəriyyanın sakinlərindən olan oğurlanmış 12 qadın və uşaq, eləcə də yeddi şəhidin cənazəsi ilə mübadilə edildi.

Suriya 2011-ci ilin martından xarici terrorçuların daxil olmalarından mənşə alan böhranla üz-üzədir.

Teqlər