Rusiya Suriyanın ABŞ tərəfindən işğal edilməsi ehtimalı barədə xəbərdarlıq etdi
-
Rusiya Suriyanın ABŞ tərəfindən işğal edilməsi ehtimalı barədə xəbərdarlıq etdi
Rusiya Federasiya Şurasının sədri Suriyanın ABŞ tərəfindən işğal edilməsi ehtimalı barədə xəbərdarlıq edib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Valentina Matviyenko bazar günü Moskvanın İraq ssenarisinin Suriyada təkrarlanmasını istəmədiyini deyərək, ABŞ-ın bu ssenarini Suriyada təkrarlamaq istədiyi barədə xəbərdarlıq edib.
Rusiya Federasiyası Şurasının sədri əlavə edib: Moskvanın nəzərində ölkələrin işğal edilməsi üçün bəhanələrə əl atmaq və ölkələrin milli hakimiyyətini pozmaq qəbuledilməzdir.
Valentina Matvyenko həmçinin deyib: ABŞ-ın Suriyaya raket hücumu beynəlxalq qanunların pozulması və müstəqil bir ölkəyə qarşı təcavüz siyasətini yürütməsinin bariz nümunəsidir.
Rusiyanın Federasiya Şurasının sədri əlavə edib: Qərb ölkələri koalisiyası İraqı da kimyəvi silahların olması bəhanəsi ilə işğal etmişdi.
Valentina Matviyenko həmçinin deyib: İraqın işğal edilməsinin nəticəsi hamı üçün aydındır.