Əfqanıstanda Hərat vilayətində şiələr məscidinin kənarında terror aktı törədilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266104-Əfqanıstanda_hərat_vilayətində_şiələr_məscidinin_kənarında_terror_aktı_törədilib
Əfqanıstanın qərbində Hərat vilayətində bir məscidin yaxınlığında törədilən terrorçu partlayış nəticəsində bir nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2017 07:13 Asia/Baku
  • Əfqanıstanda Hərat vilayətində şiələr məscidinin kənarında terror aktı törədilib
    Əfqanıstanda Hərat vilayətində şiələr məscidinin kənarında terror aktı törədilib

Əfqanıstanın qərbində Hərat vilayətində bir məscidin yaxınlığında törədilən terrorçu partlayış nəticəsində bir nəfər ölüb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Hərat xəstəxanasının sözçüsü Əbdül-Vahid Vəlizadə deyib: Motosikletə quraşdırılan bomba Həratın yeddinci rayonunda Sahibəzzaman(ƏC) məscidi yaxınlığında partladılıb nəticədə bir nəfər ölüb bir nəfər də yaralanıb. 

Bu son aylar ərzində terror aktlarına məruz qalan Həratdakı 4-cü məsciddir. Bu terror aktının məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.