Apr 19, 2017 09:27 Asia/Baku
  • Mosul partlayışında 20 nəfər ölüb və yaralanıb
    Mosul partlayışında 20 nəfər ölüb və yaralanıb

İraqın Neynəva vilayətindəki bir təhlükəsizlik mənbəyi bu vilayətin qərbində bomba qoyulmuş avtomobilin partlamasında 20 nəfərin ölməsi və yaralanmasından xəbər verib.

Əlaləm telekanalının məlumatına görə, bu təhlükəsizlik mənbəyi bildirib ki, Neynəvanın qərbindəki "Əlsurə" məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində 6 nəfər ölüb, 14 nəfər də yaralanıbdır.

Digər tərəfdən, İraqın Kərkük vilayətinin cənub-qərbindən 55 kilometr aralıda yerləşən "Əlriyaz Əlhuvəycə" şosesində İŞİD-çilərin avtomobil karvanına qarşı hava hücumunda İŞİD başçılarından 4 nəfər öldürülüb.

Mosulun qərbinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı 2017-ci ilin fevralından başlanıb. 

Mosul İŞİD terror qrupunun İraqdakı sonuncu bazasıdır.

Teqlər