Rusiya Suriyadakı faktaraşdırıcı komitənin fəaliyyətini şübhə altına alıb
-
Rusiya Suriyadakı faktaraşdırıcı komitənin fəaliyyətini şübhə altına alıb
Rusiyanın xarici işlər naziri bir beynəlxalq təşkilatın Suriyada kimyəvi hücuma dair ittihamlar barədə təhqiqatlarının bitərəf olmasını şübhə altına alıb.
Press TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib: Suriyanın Xan Şiyxun məntəqəsində iddia olunan kimyəvi hücum barədə təhqiqat aparmış kimyəvi silahlardan istifadənin qadağanı barədə təşkilatın müstəqil işçi qruplarının üzvləri İngiltərə vətəndaşlarıdırlar və bu məsələ təhqiqatın bitərəf olmasını şübhə altına alır.
Rusiyanın xarici işlər naziri əlavə edib: İngiltərə vətəndaşlarının kimyəvi silahlardan istifadənin qadağanı barədə təşkilatın iki müstəqil işçi qrupunu istiqamətləndirmələri sual doğurur.
Lavrov deyib: İngiltərə vətəndaşlarının müstəqil işçi qrupna seçilmələri kimyəvi silahlardan istifadənin qadağanı barədə təşkilatın qanunları ilə uyuşmur.
Rusiyanın xarici işlər naziri həmçinin vurğulayıb: Bu işçi qruplarını elə şəxslər üzərlərinə götürməlidirlər ki, insafla təhqiq etmiş olsunlar.
Suriya dövlətinin 2014-cü ildə öz kimyəvi silahlar cəbbəxanasını BMT-nin və kimyəvi silahlardan istifadənin qadağanı barədə təşkilatın nümayəndələrinə təhvil verməsinə rəğmən, Vaşinqton aprelin 7-də Suriya dövlətinin Xan Şiyxuna qarşı kimyəvi hücumda əlinin olması bəhanəsilə Suriya ərazisinə 59 raket atdı.