Apr 24, 2017 20:16 Asia/Baku
  • Əl-Əqsa məscidində Həzrət Məhəmmədin (s.ə.s) məbəs şənliyi keçirilib
    Əl-Əqsa məscidində Həzrət Məhəmmədin (s.ə.s) məbəs şənliyi keçirilib

Qüds İslam Vəqfləri İdarəsi Həzrət Məhəmmədin (s.ə.s) məbəsinin ildönümü günü münasibəti ilə əl-Əqsa məscidində möhtəşəm şənlik təşkil edib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, yüzlərlə fələstinli bu gün əl-Əqsa məscidinə daxil olub və Həzrət Məhəmmədin (s.ə.s) məbəsinin ildönümü günü şənliyində iştirak edib.

Əl-Əqsa məscidinin imam camaatı Şeyx Yusif Əbu Sininə əl-Əqsa məscidinin islami mentalitetini qeyd edib: Bu müqəddəs məkan yalnız müsəlmanlara aiddir.

Türkiyə, İndoneziya və Malaziyadan bir qrup müsəlman da Həzrət Məhəmmədin (s.ə.s) məbəsinin ildönümü günü şənliyində iştirak etmək məqsədilə Beytül-Müqəddəsə gedib.

Sabah çərşənbə axşamı günü 27 rəcəb 1438-ci hicri qəməri ili, 25 aprel 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəsinin ildönümü günüdür.

Teqlər