Həmas yeni əsasnaməsini açıqladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267800-həmas_yeni_əsasnaməsini_açıqladı
Fələstin İslam Müqaviməti Hərəkatı Qəzzədə təşkil etdiyi toplantıda özünün yeni əsasnaməsini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2017 15:53 Asia/Baku
  • Həmas yeni əsasnaməsini açıqladı
    Həmas yeni əsasnaməsini açıqladı

Fələstin İslam Müqaviməti Hərəkatı Qəzzədə təşkil etdiyi toplantıda özünün yeni əsasnaməsini açıqlayıb.

 

Fələstin İslami Müqavimət Hərəkatı Həmas bu hərəkatın ümumi siyasətləri və prinsipləri adlı bir sənəd yayaraq,  çaydan dənizə kimi yəni, şərqdə İordaniya çayından tutmuş qərbdə Aralıq dənizinə kimi olan bütün Fələstin torpaqlarının sadəcə fələstinlilərə məxsus olduğuna təkid edib.  Bu 42 maddəlik sənədin təqdimatı zamanı bir daha İsrailin qeyri-qanuni və işğalçı rejim olduğuna təkid edilib.

 

Fələstin İslami Müqavimət Hərəkatı Həmas uzun sürən gözləntilərin ardınca, nəhayət öz siyasi sənədini təqdim edib. Bu sənəd gələcək illər üçün Həmas-ın əsasnaməsi hesab olunur. Bu sənəddə, bütün Fələstin torpaqlarının sadəcə fələstinlilərə məxsus olduğuna təkid edilir. Sənəddə həmçinin, bildirilir ki, fələstinlilərin hüquqlarını təmin edəcək və İsrailin işğalçılığına son qoyacaq yeganə yol müqavimətdir. 

 

Xalid Məşəl – Həmas-ın siyasi bürosunun rəisi:

Biz İsraili tanımırıq. Zamanın keçməsi ilə Fələstin xalqının hüquqları qüvvədən düşməyəcək. Həmas daha öncə Oslo anlaşması ilə müxalifət etdiyi kimi,  indi də Fələstini məhvə sürükləyən və fələstinlilərin hüquqlarının pozulmasına səbəb olan bütün anlaşmalar və müqavilələrə qarşı çıxır.

 

Bu sənəd Qəzzədə Həmas rəsmilərinin geniş toplantısında qiraət olunub. Həmas rəsmiləri bildiriblər ki, bütün təzyiqlərə rəğmən bu hərəkat öz yolu və mübarizə metodunu dəyişməyəcək. Fələstin xalqının hüquqları heç vaxt müzakirə mövzusu olmayacaq və siyasi məsələlər bu haqlara kölgə sala bilməz.

 

Məşir Əl-Misri –Həmas rəsmisi:

Həmas öz yeni siyasi sənədi ilə bu hərəkatın Fələstin, region və dünya çapında mühüm bir tərəf olduğuna təkid etmiş olub. Həmas mütəşəkkil bir hərəkat olmaqla yanaşı, Fələstin xalqının haqq və hüquqlarına da sadiqdir. Həmas, bütün fələstinli azadələr ilə Milli İdarəçilik Layihəsini gündəmə gətiribdir.

 

İsmayıl Rizvan – Həmas rəsmisi:

Bu sənəd Həmas-ın heç bir güzəşt olmadan siyasi anlaşmaya əsaslanan mövqeyinə təkid edir.  Bu sənəd həmçinin, Həmas-ın daxili və xarici əlaqələr habelə, işğalçı sionist rejim ilə toqquşmalar qarşısındakı  mövqeyini ortaya qoymuş olub. Bu sənəd Fələstin, Qüds və Əl-Əqsa məscidinin azad edilməsinə təkid edir.