Suriyada təhlükəsiz bölgələrin yaradılması anlaşması icra olunur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268184-suriyada_təhlükəsiz_bölgələrin_yaradılması_anlaşması_icra_olunur
Rusiya müdafiə nazirinin müavini bildirib: Suriyada təhlükəsiz bölgələrin yaradılması üzrə anlaşma ötən gecədən icra olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2017 05:29 Asia/Baku
  • Suriyada təhlükəsiz bölgələrin yaradılması anlaşması icra olunur
    Suriyada təhlükəsiz bölgələrin yaradılması anlaşması icra olunur

Rusiya müdafiə nazirinin müavini bildirib: Suriyada təhlükəsiz bölgələrin yaradılması üzrə anlaşma ötən gecədən icra olunub.

Aleksandr Fumkin deyib: Qazaxıstan paytaxtı Astanada iki gün müddətinə keçirilən müzakirələrdən sonra, Rusiya, İran və Türkiyə nümayəndələri təhlükəsiz bölgələrin yaradılması haqda anlaşmanı imzalayıblar. 

Rusiya ordusu zabitlərindən general Sergey Rudskoy da deyib: Yoxlama-keçid və nəzarət postlarının yaradılması, həmçinin təhlükəsiz bölgələrin idarə olunması Rusiya, Türkiyə və İrandan qüvvələrin formalaşması ilə həyata keçiriləcək. 

Bu anlaşmanı imzalayan ölkələrin razılığı olduğu halda digər ölkələrin qüvvələri də bu prosesdə iştirak edə bilərlər. 

Rusiya Ordusu Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi deyib: Suriyada təhlükəsiz bölgələrin yaradılmasına dair sənədin imzası heç bir vəchlə Suriya ərazisində İŞİD və Ən-Nüsrə Cəbhəsi terrorçularına qarşı savaşın sona çatması mənasında deyil. 

Rudskoy əlavə edib: Rusiya, İran və Türkiyə Suriyada təhlükəsiz bölgələrdə terror qruplarını məhv etmək üçün lazımi tədbir görəcək və terrorçulara qarşı savaşda bu ölkənin dövlət qüvvələrinə kömək edəcəklər. 

IV Suriya Beynəlxalq İclası cümə axşamı günü iştirakçı ölkələrin nümayəndələri tərəfindən Suriyada təhlükəsiz bölgələrin yaradılması sənədinin imzalanması ilə sona çatdı. 

Yayımlanan məlumata görə, Suriyanın İdlib vilayəti, Homs şəhərinin şimalı, Şərqi Qutə və Suriyanın cənubunda dörd bölgədə təhlükəsiz bölgə yaradılacaq. 

Bu danışıqlar İran İslam Respublikasının təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə Suriyada sülhün bərpa olunması məqsədilə keçirilib.