Suriyaya kimyəvi silah ekspertləri göndərilir
-
Suriyaya kimyəvi silah ekspertləri göndərilir
Rusiya Xarici İşlər Nazirliyi Kimyəvi Silahların Qadağanı Təşkilatının Suriyaya kimyəvi silah ekspertləri göndərmək qərarından xəbər verib.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, Kimyəvi Silahların Qadağanı Təşkilatının baş direktoru Suriyaya kimyəvi silah ekspertlərinin göndərilməsi barədə BMT ilə həmkarlıq üzrə öz hazırlığını elan edib.
Rusiyanın Xarici İşlər Nazirliyi belə bir halda vurğulayıb: Moskva kimyəvi hücumlar barədə təhqiqatın aparılması və bu məsələyə aydınlığın gətirilməsi üçün Əlşəyrat hava bazasına və Xan Şiyxun-a tez bir zamanda faktaraşdırıcı heyət ekspertlərinin göndərilməsinə təkid edir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov da deyib: Qərb ölkələrindən heç biri indiyədək Suriyada kimyəvi silahın işlədilməsi barədə nəzərəçarpacaq bir sənəd təqdim edə bilməyib və indiyədək Qərbdən və ya Kimyəvi Silahların Qadağanı Təşkilatından heç bir nümayəndə və ya ekspert də Xan Şiyxun-da olmayıbdır.
Silahlı müxaliflər və terrorçular aprelin dördündə iddia etdilər ki, Suriya ordusu İdlibdə yerləşən Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücum həyata keçirib.
Bu hücumdan sonra Amerika ordusu aprelin yeddisində Suriya ordusunun bu ölkənin Hums vilayətində yerləşən Əlşəyrat hava bazasını raket atəşlərinə tutdu.
Suriyanın Xarici İşlər Nazirliyi Dəməşqin Xan Şiyxun-da və hər hansı digər bir məntəqədə zəhərli qazlardan istifadə etməsi haqdakı ittihamı qətiyyətlə rədd edərək vurğulayıbdır ki, Suriya ordusu heç bir kimyəvi silaha malik deyildir.