May 09, 2017 14:35 Asia/Baku
  • Təkfirçi terrorçular biri-birinin canına düşüblər
    Təkfirçi terrorçular biri-birinin canına düşüblər

Suriyadakı terrorçular arasında daxili ixtilafların artmasının ardınca Ceyşül-İslam və Cəbhətünnüsrə adlanan təkfirçi terrorçu qruplar arasında Dəməşqin şərqində toqquşmalar yenidən başlanıb.

İRNA-nın verdiyi məlumata görə, Ceyşül-İslam adlı təkfirçi terrorçu qrup Cəbhətünnüsrə ilə toqquşmaların yenidən bərpasının səbəbini bu qrupun şərqi Qutədə Ceyşül-İslamın mövqelərini hədəfə alması ilə izah edib. 

Terrorçulara yaxın mediyaların bildirdiklərinə görə, terrorçu Ceyşül-İslam qrupu Cəbhətünnüsrə ilə bir həftəlik toqquşmalarda heç nə qazana bilməyib və toqquşmalar hər iki tərəfdən bir neçə adamın ölməsi ilə nəticələnib. 

28 apreldə Dəməşqin şərqi Qutə ərazilərində Cəbhətünnüsrə və Fəyləqürrəhman terror qrupları ilə Ceyşül-İslam terror qrupu arasında baş verən toqquşmalarda 100 nəfər ölmüşdü. 

Teqlər