May 10, 2017 10:14 Asia/Baku
  • Livan Hizbullahı Britaniya, ABŞ və İordaniyaya xəbərdarlıq edib
    Livan Hizbullahı Britaniya, ABŞ və İordaniyaya xəbərdarlıq edib

Livan Hizbullahı İordaniya, Britaniya və ABŞ-ın Suiryanın cənub sərhədlərində istənilən ölçülməmiş addımı haqda xəbərdarlıq edib.

Livanın əl-Məyadin televizyasının məlumatına görə, Suriya və İordaniya sərhədində Süveyda və Dəra vilayətlərində Ən-Nəsib sərhəd keçidi ətrafında İordaniya ilə ABŞ və Britaniyanın müştərək hərbi təlimlər bəhanəsi ilə Birləşmiş Ştatların irimiqyaslı hərbi iştirakı Vaşinqtonun bu sərhədlərdəki hərbi hərəkətləri izləmək və yeni hərbi əməliyyat keçirmək istədiyini göstərir. 

Əl-Minar televiziyası da çərşənbə axşamı günü Livan Hizbullahına istinadla bildirib: Suriyanın hakimiyyət hüququ pozulduğu halda, İordaniya, Britaniya və ABŞ ağır bədəl ödəyəcək. 

Yayılan məlumatlara görə, ABŞ, Britaniya və İordaniyanın onlarla tank və helikopterlərlə müştərək hərbi qüvvələri İordaniyanın şimalı və Suriyanın cənub sərhədlərində yerləşiblər. 

Suriyanın Müştərək Əməliyyat Komandanlığının media idarəsi pilotsuz uçan aparatla ABŞ, İordaniya və Britaniyanın müştərək hərbi qüvvvələrinin mövqelərindən çəkilən hava kadrlarını yayımlayıb. Bu kadrlarda Britaniyanın çoxlu sayda Çellencer tankı və MBT hərbi tankı və ABŞ-ın Kobra və Blak-Houk helikopterləri müşahidə olunur. 

Bundan öncə də Suriya prezidenti Bəşşar Əsəd bildirib: ABŞ-ın əməkdaşlığı ilə və İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Suriyada öz qüvvələrini yerləşdirməyə dair İordaniyanın planı haqda məlumatlar vardır. 

Teqlər