Sionist rejim kiber hücum təhdidini etiraf edib
-
Sionist rejim kiber hücum təhdidini etiraf edib
Sionist rejim baş nazirinin ofisi Twitterdə öz rəsmi səhifəsində etiraf edib ki, İsrailin bütün qurumları kiber hücumlar qarşısındadır.
İRNA-nın məlumatına görə, sionist rejim baş nazirinin ofisi Twitterdə öz rəsmi səhifəsində İsrailin bütün qurumlarına qarşı kiber təhdidlərdən nigaranlıq edərək ehtimal olunan kiber hücumların qarşısını almaq üçün dərhal addımların atılmasını istəyib.
Sionist rejimin Daxili Təhlükəsizlik Xidməti ŞABAK-ın sabiq rəisi Yuram Kohin də bundan öncə kiber sahədə təhdidləri etiraf etmişdi.
Bununla əlaqədar Haarets qəzeti işğalçı İsrail rejiminin bir başçısına istinadla yazıb: ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers ötən il İsrailin hərbi təhlükəsizlik şöbəsinə bağlı 8200 qüvvə ilə əməkdaşlıqları möhkəmləndirmək üçün gizli şəkildə işğal olunmuş Fələstinə səfər edib.
8200 qüvvə İsrailin kiber sahəsində olayları araşdırmaq üçün hərbi bir bölməsidir. Onun vəzifəsi virtual aləmdə nəzarət, dinləmə, şəkil və kadrların hazırlanması və hərəkətlərin idarə olunmasıdır.
Sionist rejim qurumlarına kiber hücumlar ilk dəfə 2013-cü ildə baş verib.