May 16, 2017 15:39 Asia/Baku
  • Əl-Qabunun azad edilməsi terrorçuların məhvinin başlanğıcı
    Əl-Qabunun azad edilməsi terrorçuların məhvinin başlanğıcı

Suriya ordusunun baş qərargahı bir bəyanat yayaraq bildirib ki, Əl-Qabun bölgəsinə təhlükəsizlik və stabilliyin qaytarılması Dəməş ətrafı rayonlarda qalan terrorçuların kökünün tam kəsilməsinin başlanğıcıdır.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı öz bəyanatında Dəməşqin şimal şərqində yerləşən azad olunmuş Əl-Qabun məhəlləsinin təmizlənilməsi əməliyyatına start verildiyini bildirib. Bəyanatda deyilir ki, Əl-Qabuna təhlükəsizlik və stabilliyin qaytarılması terrorçu planlar və onun himayədarları üçün ölümcül zərbə oldu. 

Suriya ordusu və müqavimət qüvvələri şənbə günü Əl-Qabun məhəlləsini tam şəkildə terrorçuların işğalından azad etdi və terrorçulara məxsus tunelləri məhv etdi. 

4 ildən çox idi ki, Əl-Qabun terrorçuların hücumları və Dəməşqin ətraf ərazilərində təxribatçı əməliyyatları üçün bazaya çevrilmişdi.  

Teqlər