May 24, 2017 12:38 Asia/Baku
  • Müqtəda Sədr məzlum Bəhreyn vətəndaşlarına dəstək üçün çağırış etdi

İraqın Sədr cərəyanının rəhbəri Müqtəda Sədr Ali-Xəlifə rejiminin Bəhreyn xalqı və dini rəhbərlərinə qarşı hərəkətlərinə etiraz olaraq bu ölkənin Bağdaddakı səfirliyi qarşısında iki günlük aksiyanın keçirilməsi üzrə çağırış edib.

İRNA-nın məlumatına görə, Müqtəda Sədr bir bəyanatda İraq vətədnaşlarından Bəhreynin Bağdaddakı səfirliyi qarşısına toplaşmasını və oxşar aksiyanın sabah da keçirilməsini istəyib. 

İraqın Sədr cərəyanının rəhbəri həmçinin dini alimlər və tələbələrdən Bəhreynin Nəcəf-Əşrəf şəhərindəki konsulluğu qarşısında Bəhreyn xalqının repressiyasının davam etməsinin qarşısını almaq məqsədilə aksiya keçirmələrini istəyib. 

Sədr həmçinin öz bəyanatında dünya xalqları, beynəlxalq və insan haqları təşkilatlarını Bəhreyn xalqını dəstəkləməyə çağırıb: Bu gün Bəhreyn vətəndaşlarına olunan zülm ABŞ-ın şər hökumətinin idarəçiliyi və birbaşa dəstəyi ilə edilir. 

Teqlər