İsrail hərbçiləri və fələstinlilər arasında toqquşma
Sionist qəsəbə sakinlərinin Qüdsün işğal edilməsinin 50-ci ildönümünü qeyd etmək üçün bu şəhərə daxil olmasının ardınca İsrail rejiminin təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında toqquşma baş verib.
İRİB-nin verdiyi məlumata görə, onlarla sionist çərşənbə günü Dəməşq qapısından keçərək, işğal altında olan Qüds şəhərinə daxil olub. Onlar Nüdbə divarına doğru hərəkət etmək istəyirmişlər. Amma, fələstinlilər onların önünü kəsiblər. Bu da sionistlər ilə fələstinlilər arasında toqquşmaya səbəb olub.
Həmçinin, bir qrup sionist qəsəbə sakini İsraillilərin işğal altında olan Qüdsə daxil olmasına mane olmaq üçün Dəməşq qapısını bağlamağa cəhd göstərib. Amma, İsrail hərbçiləri onları dağılışmağa məcbur edib.
İsrail hərbçiləri həmçinin, Əl-Əqsa məscidində İslam Vəqfinin 2 gözətçisini həbs ediblər.
İşğal edilmiş torpaqlar 2015-ci ilin oktyabrında 3-cü İntifazənin başlanmasından bəri sionist hərbçilərin geniş zorakılıq hallarının şahididir.
Qüds İntifazəsinin başlanmasından bəri 300-dən çox fələstinli şəhid edilib. Çoxlu sayda fələstinli də yaralanıb və ya həbs edilib.