May 28, 2017 19:56 Asia/Baku
  • Mosulda İŞİD-in mühasirə halqası daralır
    Mosulda İŞİD-in mühasirə halqası daralır

İraqlı qüvvələr Mosulun qərbində İŞİD terrorçularının mühasirə halqasını bir qədər də daraldıblar.

Mosulun qalan hissəsinin də İŞİD-in işğalından azad edilməsi əməliyyatı ordu və xalq qüvvələrinin irəliləməsi ilə davam edir. Mosulun qərbindən, İraq və Suriya sərhədlərindən gələn xəbərlərə görə, strateji əhəmiyyətli Qəhtaniyə məntəqəsi artıq terrorçuların işğalından azad edilib. Hərbi mənbələr onlarla terrorçunun öldürülməsi və terrorçulara məxsus hərbi təchizatların məhv edilməsindənxəbər veriblər. İraqlı qüvvələr həmçinin təhlükəsiz keçidlər yaradaraq, hələ də işğal altında olan ərazilərdən əhalinin təhlükəsiz şəkildə çıxmasına da şərait yaradırlar.

 

Mosulun mərkəzində İŞİD terrorçularının mühasirə halqası bir qədər də daraldı. Və iraqlı qüvvələr ötən 2 gün ərzində Zənciriyə və Həyyüssəhhə məntəqələrinin təqribən 80%-ni azad etməyə nail olublar. Bununla da İraqlı qüvvələr Mosulun qədim hissəsinin 2 əsas girəcəyi olan Babül-Səncar və Babül-Cədid məntəqələrinə çatmış olublar.

 

İraq əsgəri:

"İŞİD terrorçularını bu səngərin arxasından izləyirik. Onlar Mosulu tərk etmək  üçün qaçış yolu axtarırlar. Amma, biz buna imkan vermirik."

 

Mosulun qərbində isə xalq qüvvələri İraqın Suriya ilə sonuncu sərhəd nöqtəsi olan Səncarın Qəhtaniyə şəhərini də terrorçulardan azad ediblər.

 

Qasım Müslih – Könüllü xalq qüvvələri, 13-cü dviziyanın komandanı:

"Səddam rejiminin süqut etdiyi zamandan bəri heç bir hərbçi bu məntəqəyə daxil olmayıb və İraqda cərəyan edən olaylardan sui-istifadə edən terrorçuların İraqın Suriya ilə sərhəd ərazilərini özləri üçün təhlükəsiz zonaya çevirmişdilər. Amma, biz oranı azad edəcəyik."

 

Neynəva vilayətinin Suriya sərhədlərinə kimi uzanan geniş səhralıq ərazisində pərakəndə şəkildə səpələnmiş terrorçu cəsədlərinə tez-tez rast gəlmək olar. İraq düşmənlərinin himayəsi ilə müxtəlif ölkələrdən cəzb olunan muzdlu qatillər və terrorçular bu ölkəni xaosa sürükləməyə çalışsalar da, xalq qüvvələri buna icazə verməyərək, onların və himayədarlarının planlarını alt-üst edirlər.

 

Teqlər