Sionist rejimin Livan Hizbullahı ilə mübarizə üzrə yeni planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271104-sionist_rejimin_livan_hizbullahı_ilə_mübarizə_üzrə_yeni_planı
Sionist rejim ordusu Livan Hizbullahı ilə hər cür savaşa hazırlıq məqsədilə öz hərbçilərinə praktiki təlim keçmək üçün hərbçilərinin təlim-məşq mexanizmində mühüm dəyişikliklər aparacaqdır ki, onların biri, işğal olunmuş Fələstinin şimalında təlim mərkəzinin yaradılmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2017 08:55 Asia/Baku
  • Sionist rejimin Livan Hizbullahı ilə mübarizə üzrə yeni planı
    Sionist rejimin Livan Hizbullahı ilə mübarizə üzrə yeni planı

Sionist rejim ordusu Livan Hizbullahı ilə hər cür savaşa hazırlıq məqsədilə öz hərbçilərinə praktiki təlim keçmək üçün hərbçilərinin təlim-məşq mexanizmində mühüm dəyişikliklər aparacaqdır ki, onların biri, işğal olunmuş Fələstinin şimalında təlim mərkəzinin yaradılmasıdır.

Əlaləm informasiya kanalının məlumatına görə, sionist rejim ordusu bir bəyanat yayaraq bildirib ki, "Seyir" adlanan bu təlim mərkəzinin inşasında məqsəd, Livanda böyük kəndə oxşar bir şəhərciyin yaradılmasıdır, zira sionist rejimin gümanına əsasən, Hizbullah-ın rəhbərləri oradadırlar və bu partiyanın tabeliyində olan nəzarət təşkilatları orada iştirak edirlər.

Bu hərbi şəhərciyin inşasının ilk etaplarına start verilib və onda sionist hərbçilər təlim-məşqlərdə avtomobilləri şəhərciyə daxil və atəşaçma məşqlərində hərbi güllələrdən istifadə edə biləcəklər.

Sionist mənbələrin dediklərinə görə, bu planın çoxillik təlim proqramının icra xərci 400 milyon dollar dəyərləndirilib.