İyun 01, 2017 17:14 Asia/Baku
  • Mosulun qərbində bir qrup terrorçu məhv edildi
    Mosulun qərbində bir qrup terrorçu məhv edildi

İraq ordusunun Mosulun qərbində həyata keçirdiyi əməliyyatda bir qrup terrorçu öldürülüb.

İRNA-nın məlumatına görə, İraqın Federal Polis Qüvvələri bu gün cümə axşamı Mosulun qərbində yerləşən Zəncili məntəqəsində İŞİD terrorçularının qərargahını mühasirəyə alıblar. Bu əməliyyatda 12 terrorçu öldürülüb. 

Həmçinin, iraqlı qüvvələr 150 iraqlı ailəni Zəncili məntəqəsindən təhlükəsiz əraziyə köçürüb və İŞİD terrorçularının Mosulun qərbində yerləşən məxfi bir zindanını kəşf ediblər. 

Digər tərəfdən İraqın könüllü xalq qüvvələri Həşdüşşəbi Mosulun qərbində həyata keçirdikləri əməliyyat zamanı Xibrə məntəqəsini terrorçuların işğalından azad ediblər. Bu əməliyyat zamanı bir qrup terrorçu ölüb və yaralanıb. 

Həşdüşşəbi qüvvələri həmçinin, Mosulun qərbində, Bəac məntəqəsində İŞİD terrorçularına qarşı əməliyyatları davam etdirirlər. Hazırda bu məntəqədəki terrorçuların bütün əlaqə yolları kəsilib. 

İraqlı mənbələr bildiriblər ki, Mosulun azad edilməsi əməliyyatının son etapları həyata keçirilməkdədir və ekspert rəyinə görə, İraq hökuməti qarşıdan gələn günlər ərzində Mosulun işğaldan tam azad edildiyini elan edəcək. 

Teqlər