İyun 04, 2017 11:43 Asia/Baku
  • Suriya ordusu terrorçuların son bazasını nəzarətə götürüb
    Suriya ordusu terrorçuların son bazasını nəzarətə götürüb

Suriya ordusu qüvvələri İŞİD terror qruplaşmasnın Hələb vilayətindəki son bazası Məskənə şəhərciyini nəzarətə götürüblər.

İRNA-nın məlumatına görə, Suriya ordusu qüvvələri ötən gecə bu ölkənin hərbi hava qüvvələrinin dəstəyi ilə terrorçularla qarşıdurma və terror ünsürlərini geri oturtmaqla Hələb şəhərində Məskənə şəhərini azad ediblər. 

Digər tərəfdən Suriya ordusu və xalq qüvvələri Homs vilayətinin Palmira şəhərinin şərqində irəliləyişlərinin davamında Suriya səhrasının onlarla kilometrini terrorçuların işğalından azad ediblər. 

Bu arada Suriya ordusunun Deyruz-Zur vilayətində terrorçuların mövqelərinə hava və ağır artilleriya hücumunda azı 70 terrorçu ölüb. 

Suriyanın Qırmızı Aypara Cəmiyyəti isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlığı ilə Dəməşq vilayətinin ətrafına 20 min nəfər üçün ərzaq, səhiyyə və tibbi ləvazimata şamil olan humanitar yardımlar göndərib. 

Suriya 2011-ci ildən qərb və bəzi region ölkələrinin dəstəklədiyi İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarının iştirakına görə böhranla üzləşib. 

Teqlər