Əl-Bəacda qəfil əməliyyat
İraqın xalq səfərbər qüvvələrinin komandanlarından biri deyib: Xalq Səfərbər qüvvələrinin qəfil əməliyyatı Mosulun qərbində əl-Bəac rayonunun dərhal azad olunması ilə nəticələndi.
Əl-Məyadin televiziyasının məlumatına görə, Əli əl-Həmdani əl-Bəac rayonunun azad olunması haqda deyib: Əl-Bəacda əməliyyat qəfildən icra olundu və Suriya sərhədləri ilə Səncar və əl-Qeyrəvan yolu arasında bir neçə kəndin azad olunması istiqamətində əməliyyat davam edir.
Əl-Həmdani əlavə edib: Biz İŞİD-in içindən məlumat əldə etmişdik və informasiyalara əsasən, bu əməliyyat üçün dəqiq plan tənzimlədik. Xalq Səfərbər qüvvələri əməliyyatın məqsədini bir bölgədən başqa bölgəə sürətli şəkildə dəyişdirirlər.
O xatırladıb: 3 saat ərzində əl-Bəaca nəzarəti ələ keçirə bildik.