Küveyt Əmiri Ərəbistanda bir neçə saatlıq məsləhətləşmə apardı
İyun 07, 2017 09:28 Asia/Baku
-
Küveyt Əmiri
Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah çərşənbə axşamı günü Ciddə şəhərinə gedib və Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizlə Ərəbistan və bəzi ərəb ölkələrinin Qətərlə diplomatik böhranı barədə danışıqlar aparıb.
Röytersin məlumatına görə, Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah bəzi ərəb ölkələrinin Qətərlə böhranı haqda Ərəbistan rəsmiləri ilə danışıqlar məqsədilə Ciddə şəhərinə bir neçə saatlıq səfərdən sonra Ərəbistanı Küveyt istiqamətində tərk edib. Küveyt Əmirinin Ərəbistan rəsmiləri ilə görüşü və danışıqlarının nəticələri haqda məlumat yayılmayıb.