Qətər XİN başçısından Adil Əl-Cübəyrə cavab: Qətər təslim olmayacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272328-qətər_xİn_başçısından_adil_Əl_cübəyrə_cavab_qətər_təslim_olmayacaq
Qətərin xarici işlər naziri ölkəsinin xarici siyasət ilə bağlı istənilən müdaxiləni qəbul etməyəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 17:34 Asia/Baku
  • Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman
    Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman

Qətərin xarici işlər naziri ölkəsinin xarici siyasət ilə bağlı istənilən müdaxiləni qəbul etməyəcəyini bildirib.

Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr çərşənbə axşamı Qətərdən istədi ki, yaranmış böhranın həlli istiqamətində öz siyasətlərinə dəyişiklik etsin. 

İRİB-nin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali Sani bu istəyə cavab olaraq cümə axşamı deyib: Qətər hökuməti hələ də yaranmış böhran üçün həll yolu olaraq diplomatiyaya təkid edir və öz xarici siyasəti ilə bağlı istənilən kənar müdaxilə ilə müxalifdir. 

Qətərin XİN başçısı Fars Körfəzi məntəqəsində cərəyan edən çəkişmələrin regionun sabitliyi və təhlükəsizliyi əleyhinə ciddi təhdid olduğunu bildirib və deyib: Türkiyə qüvvələri regionda təhlükəsizliyə zəmanət vermək üçün Qətərə gəlir.