İraqın Babil vilayətində partlayış; tələfat var
İyun 09, 2017 19:19 Asia/Baku
-
İraqın Babil vilayətində partlayış; tələfat var
Bu gün İraqın Babil vilayətində baş verən partlayış nəticəsində 54 nəfər ölüb və ya yaralanıbdır.
Suməriyyə Nyus-un məlumatına görə, bir kamikadze bu gün günortadan öncə özünü İraqın Babil vilayətinin Əlmusəyyib məntəqəsində partladıb. Nəticədə 21 nəfər ölüb, 33 nəfər də yaralanıbdır.
Bu terror partlayışı bir bazarın girəcəyində və əhali arasında həyata keçirilib. Proqnoz edilir ki, insan tələfatı artacaq. Bu hadisənin ardınca ətrafdakı mağazalar və avtomobillər də yanıblar.
Bu məntəqə bundan öncə də dəfələrlə terror əməliyyatlarının şahidi olubdur.