Mosulun qərb sakinləri yaşadıqları yeri tərk edirlər
İyun 10, 2017 17:56 Asia/Baku
İraqın Mosul şəhərinin ac və xəstə sakinləri öz yaşadıqları ərazini tərk edirlər.
İraq qüvvələrinin İŞİD terrorçularını Mosuldan qovmaq üzrə əməliyyatının davam etməsi ilə, bu müharibədən əziyyət çəkən şəhərin qərb hissəsinin sakinləri yaşadıqları ərazidən qaçırlar. Mosulun qərbində əl-Zəncili məhəlləsinin sakinlərindən biri deyir: İŞİD-in mühasirəsi və yeməyin tapılmadığına görə, yaşamaq üçün pişik əti yeməyə məcbur olub.
İnsan haqları təşkilatları Mosulda qarşıdurmalarda həlak olan və yaralananların sayı barədə xəbərdarlıq ediblər. Məlumatlara görə, İŞİD-dən geri alınan bölgələrin əksəriyyəti xarabalığa çevrilib və bir sıra hallarda bir ailənin bütün üzvləri qətlə yetirilib.