Mosul Universiteti işə başladı
İyun 12, 2017 10:49 Asia/Baku
İraqın şimalında Mosul şəhərinin ərazilərinin böyük hissəsinin İŞİD-in işğalından azad olunması ardınca, İraq dairələri Mosul şəhər Universitetinin işə başladığını bildiriblər.
Mosul Universitetinin müəllimlərindən və Ali İcraiyyə Heyətinin üzvü doktor Necdət Ramazan İRNA ilə müsahibədə deyib: Siyasi şəxsiyyətlər, müəllimlər və vətəndaşların köməyi ilə Mosul şəhəri azad olunduqdan bir neçə ay sonra Mosul Universitetinin idarəetmə hissəsi öz fəaliyyətinə yenidən başlayıb.
İŞİD terror qruplaşması 2014-cü ildən Neynəva və İraqın başqa şimal vilayətlərini işğal edərək bu bölgələri yanmış əraziyə çevirib.
İŞİD eyni zamanda işğal etdiyi ərazilərdə simvollar, elmi, dini və mədəni mərkəzlər, tarixi abidələri də dağıtmışdır.