Əlavi: Kürdüstan İraqın bir parçasıdır
-
Əyad Əlavi
İraq prezidentinin müavini deyib: Kürdüstan İraqın bir parçasıdır və üç qüvvənin rəhbəri siyasi fraksiyaların rəhbərləri ilə son iclasda yerli seçkilərin təxirə salınması ilə razılaşdılar.
İSNA-nın məlumatına görə, İraq prezidentinin müavini Əyad Əlavə Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib: Yerli seçkilərin parlament seçkiləri ilə eyni zamanda keçirilməsi qərara alındı.
İraq prezidentinin müavini baş nazir Heydər əl-İbadidən də didərginlərin azad olunmuş bölgələrə qayıtmasına şərait yaratmasını istəyib.
Son vaxtlar İraq Milli Koalisiyasının rəhbəri Əmmar Həkim Əlavidən istəyib ki, Bağdad və Ərbil arasında gərginliyin azaldılması istiqamətində məsələyə müdaxilə etsin.
İraq prezidentinin müavini də bildirib: Əl-Vətəniyyə heyətinin rəhbəri İraq Kürdüstanının rəhbəri Məsud Barzani ilə görüşmək üçün Ərbilə səfər edəcək.
İraqın kürd partiyaları çərşənbə günü İraq Kürdüstan İslam Camaatı Komel və Dəyişiklik Hərəkatı Qoranın iştirakı olmadan İraq Kürdüstanının rəhbəri Məsud Barizani ilə iclas keçirib və bu bölgənin ayrılması üçün 25 sentyabr 2017-ci ildə referendumun keçirilməsinə qərar veriblər.