Zəncili məhəlləsi tam təmizləndi
İraq qüvvələri şimalda Mosul şəhərinin qərbində əl-Zəncili məhəlləsini tam təmizləyərək bu şəhərin əl-Şifa xəstəxanasının azadlığına başlayıblar.
Əl-Aləm televiziyasının məlumatına görə, İraq federal polisinin komandanı general Raid Cövdət deyib: Federal polis əl-Zəncili məhəlləsində öz döyüş tapşırığını sona çatdırıb və İraq bayrağını binaların üzərinə sancıb.
Cövdət xatırladıb: Federal polis qüvvələri əl-Şifa xəstəxanasının azad edilməsi və Mosul şəhərinin qədim hissəsinin şimalında İŞİD-in nəzarət etdiyi son məhəllələrin azad edilməsi prosesini azad etmək üçün ezam olunublar.
İraq Federal Polis komandanı bildirib: Xüsusi qüvvələr də Mosulun qərb hissəsində İŞİD-in xəlifəliyi elan etdiyi əl-Nuri Came məscidinə doğru hərəkət edirlər.
General Raid Cövdət deyib: Döyüş cəbhə taktikalarına əsasən davam edir və düşmənin məğlubiyyəti sadəcə bir az zamana ehtiyaclıdır. Əl-Zəncili məhəlləsinin azad olunması ilə İŞİD yalnız əl-Şifa məhəlləsi və Mosulun qədim hissəsinin bir neçə məhəlləsindədir.