İntifazənin açıq mesajı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273272-İntifazənin_açıq_mesajı
Fələstin İslami Cihad Hərəkatı bildirib ki, Qüdsdə iki sionist hərbçinin ölümü ilə nəticələnən son əməliyyat intifazənin davam etdiyinə işarə idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 06:53 Asia/Baku
  • İntifazənin açıq mesajı
    İntifazənin açıq mesajı

Fələstin İslami Cihad Hərəkatı bildirib ki, Qüdsdə iki sionist hərbçinin ölümü ilə nəticələnən son əməliyyat intifazənin davam etdiyinə işarə idi.

İslami Cihad Hərəkatı bir bəyanat yayaraq bildirib: Qüds əməliyyatı İntifazənin davam etməsinə və Fələstin xalqının təslim olmayacağına aşkar işarədir. Fələstinin azadlığı uğrunda xalq cəbhəsi də Qüds əməliyyatını alqışlayaraq onu qəhrəmancasına əməliyyat adlandırıb və bildirib ki, bu əməliyyat Fələstin muxtariyyəti başçılarına da aşkar mesaja malikdir və müqavimətin davam etdiyini göstərir. Həmas hərəkatı da bildirib ki, Qüds əməliyyatı Fələstin muxtariyyətinin işğalçılarla əlaqələri adiləşdirmək cəhdlərinin məğlubiyyətə uğramış olduğunu göstərdi. Əbu Əli Müstafa batalyonları da bu kimi əməliyyatların davam etməsi, müqavimətin dəstəklənməsi və mümkün metodlarla işğalçılara qarşı mübarizənin davam etməsini vurğulayıb. 

Qüds şəhərində Məscidül-Əqsanın yaxınlığında 3 fələstinlinin əməliyyatında 2 sionist hərbçi ölüb. Babul-Əmud ərazisində fələstinlinin küt aləti ilə yaralanmış başqa bir sionist hərbçi də ölüb. Əməliyyatı həyata keçirən 3 fələstinli sionist hərbçilər tərəfindən güllələnərək şəhid olublar. Digər tərəfdən işğalçı hərbçilər əməliyyatı həyata keçirənlərin doğulduğu Deyri-Əbu-Məşəl kəndini mühasirəyə alıblar. Həmasın sözçüsü Sami Əbu-Zəhri bildirib ki, Qüds əməliyyatını Xalq Cəbhəsindən iki və Həmasdan bir döyüşçü həyata keçiriblər.