İŞİD mülkidən canlı qalxan kimi istifadə edir
BMT-nin didərginlər üzrə Ali Komisarlığının təmsilçisi Mosul şəhərinin qədim hissəsində 100 mindən çox mülkinin İŞİD terrorçuları tərəfindən mühasirəyə alınmasının ehtimal olunduğunu deyib.
Əl-Aləmin verdiyi məlumata görə, BMT-nin didərginlər üzrə Ali Komisarlığının nümayəndəsi "Bruno Geddo " dünən Cenevrədə İŞİD terrorçularının Mosulun qədim hissəsində yüz mindən çox mülkidən canlı qalxan kimi istifadə etdiyini bildirərək deyib: Həmin mülkilərin dəhşətli və ağır durumu gün-gündən qəlizləşir ona görə ki, onların su, ərzaq , elektrik və yanacaq əldə etmək imkanları yoxdur.
Eyni zamanda İraqın Daxili İşlər Nazirliyinin tabeliyində olan şəhəri müdafiə komandalarından birinin başçısı Bəsam Sübhan Əl-Həddad deyib: Şəhəri müdafiə məmurları Mosulun qərbində Əşşəfa və Babül-Səncar məhəllələrində 5 evin uçqunları altından 87 mülkinin cəsədini çıxarıblar.
Əl-Həddad yerli hərbi mənbələrin hesabatlarına istinadla deyib: Həmin evlər terrorçu İŞİD qrupu tərəfindən bombalanmış avtomobillərin partladılması, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərəfindən "İŞİD-ə qarşı" hava hücumları zamanı dağıdılıb.
Mosulun qədim hissəsi İŞİD-in Mosulun qərbindəki ən son mövqelərindən biri hesab olunur.