İraqda qədim Mosul şəhərinin azad edilməsi əməliyyatı başlanıb
İyun 18, 2017 18:20 Asia/Baku
İraqda Neynəva əməliyyatının komandanı bu ölkənin şimalındakı qədim Mosul şəhərinin azad edilməsi əməliyyatının başlanmasından xəbər verib.
IRNA-nın məlumatına görə, İraqda Neynəva əməliyyatının komandanı Əbdülamir Yarəllah bazar günü bir bəyanatda bildiribdir ki, qədim Mosul şəhərinin azad edilməsi əməliyyatı federal polis və ordu qüvvələrinin iştirakı ilə başlanıbdır.
Digər tərəfdən, İraq federal polisinin komandanı general-leytenant Cəudət Şakir bildiribdir ki, polis qüvvələri Mosulun qərbindəki Əlşəfa məhəlləsinin şimal hissəsinə hücum edərək, İŞİD terrorçularından azı on doqquz nəfəri öldürüblər.