Mosulun qərbində bir neçə məntəqə azad edilib
İyun 20, 2017 19:15 Asia/Baku
Neynəva əməliyyat komandanı iraqlı qüvvələrin Mosulun qərbində yerləşən Əlşifa məhəlləsinin cənubuna, Neynəva səhiyyə idarəsinə, Marya kilsəsinə və tarixi Baştabya qalasına yiyələnmələrindən xəbər verib.
Neynəva əməliyyat komandanı Əbdulamir Rəşid Yarəllah bir bəyanatda bildirib ki, iraqlı qüvvələr bu gün Mosulun qərbində yerləşən Əlşifa məhəlləsinin cənubunu İŞİD-in işğalından çıxararaq, tarixi Baştabya qalasına, Ələhdas zindanına, Neynəva səhiyyə idarəsinə, Marya kilsəsinə və beşinci körpüyə yiyələniblər.