İyun 24, 2017 12:34 Asia/Baku
  • Küveytlilərin Qətərə dəstək aksiyası
    Küveytlilərin Qətərə dəstək aksiyası

Küveytlilər Qətərə dəstək və Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı sanksiyaları ilə mübarizə aparmaq üçün Dohaya səfərlə bağlı virtual fəzada kampaniyaya başlayıblar.

İRNA-nın verdiyi məlumata görə, Fitir bayramı günlərində geniş miqyasda səfərə çıxan küveytlilər cari həftədə Dohaya səfər üçün Tvitter və İnstaqramda heşteqlər fəallaşdırıblar.

Son günlərdə Küveytdən Dohaya uçuşların sayı gözə çarpacaq dərəcədə artıb. 

Səudiyyə Ərəbistanı, BƏƏ və  Bəhreynin Qətər ilə siyasi çaxnaşmaları artdıqdan sonra Küveyt və Omanın hava şirkətləri qətərliləri daşımaqdadırlar. 

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn İyun ayının 5-də Qətəri terrorizmi himayə etməkdə ittihamlandıraraq bu ölkə ilə öz diplomatik əlaqələrini dayandırdılar.

Teqlər